Cəmiyyət

Bu rayonda nə baş verir? Şok faktlar!

Bakıda baş verən hadisə ictimaiyyəti çaşdırıb!

Elvin Əliyev·1 dəq oxu
Bu rayonda nə baş verir? Şok faktlar!
Foto: Milli.Az

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib. Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib. Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb. Qəsəbə sakinlərinin bildirdiyinə görə, hadisəyə Azər Şahmuradovun Asif Nağıyevin oğlunun həyat yoldaşını narahat etməsinin səbəb olduğu iddia edilir. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: Milli.Az

#Cəmiyyət#Bakı#Milli.Az
MüəllifElvin ƏliyevCəmiyyət müxbiri

Elvin sosial mövzular, hadisələr və ölkə həyatı barədə yazır.

Əlaqəli xəbərlər